Bakıda avtobus ciplə toqquşdu
Far.Az xəbər saytı

Bakıda avtobus ciplə toqquşdu


Bu gün saat 08:55-də "BakuBus" MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə BAKU.WS-ə "BakuBus"un mətbuat xidmətindən məlumat verilib

Qeyd olunub ki, avtobusu idarə edən sürücüsü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə operativ şəkildə 10 nömrəli digər avtobusa yönləndirilib və marşrut xəttinin qrafiki qısa müddətdə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.

***10:32

Bakıda sərnişin avtobusu qəza törədib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.

10 nömrəli marşrut avtobusu "Land Cruiser"  markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəasrət alanların olması barədə məlumat yoxdur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Bakıda piyadanı döyən "BakuBus" sürücüsü cəzalandırıldı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər