Belçikada hökumətə qarşı ümummilli tətil: Uçuşlar ləğv edildi, ictimai nəqliyyat dayandı
Belçikada xristian və sosialist həmkarlar ittifaqlarının çağırışı ilə minlərlə dövlət və özəl sektor işçisi hökumətin sosial xərcləri azaltmaq planlarına qarşı bir günlük tətilə çıxıb. Etirazlar çərçivəsində ölkə üzrə hava və dəmir yolu nəqliyyatı dayanıb, bir çox ictimai xidmətlər fəaliyyətini dayandırıb.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, tətilin əsas səbəbi federal hökumətin işsizlik müavinəti, pensiya və digər sosial xərclərdə kəskin azalmaları nəzərdə tutan "qənaət" siyasətidir. Yeni hökumətin planına görə, işsizlik müavinətinin müddəti məhdudlaşdırılacaq, pensiya hüquqları ilə bağlı şərtlər sərtləşdiriləcək və dövlət xərcləri ümumilikdə azaldılacaq.
Bu tədbirlərə cavab olaraq Brüsselin Şimal Vağzalında minlərlə insan toplaşaraq hökumətə qarşı şüarlar səsləndirib və Mont des Arts Meydanına yürüş edib.
Tətil nəticəsində Brüssel və Şarlerua hava limanlarında uçuşlar ləğv olunub, yalnız gələn reyslər qəbul edilib. Dəmir yolu işçilərinin etiraza qoşulması səbəbindən ölkə üzrə qatar reyslərinin böyük hissəsi də dayandırılıb. Brüssel, Flamand və Vallon bölgələrində metro, avtobus və tramvay xidmətləri demək olar ki, tamamilə dayanıb.
Bundan əlavə, Antverpen limanı da fəaliyyətini müvəqqəti dayandırıb, bir çox bələdiyyə və poçt xidmətləri işləməyib.
Bu il ərzində Belçikada sosial xərclərin azaldılmasına qarşı artıq dördüncü genişmiqyaslı tətil keçirilib. Həmkarlar ittifaqları 27 iyun və 22 sentyabr tarixlərində növbəti aksiyalara hazırlaşdıqlarını açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













