Cahangir Hacıyevin şəriki ilə bağlı ŞOK FAKTLAR: 600 milyon dollar...
Rusiya Federasiyasının Baş Prokurorluğu və Mərkəzi Bankı fərari ukraynalı siyasətçi Taras Kozak barəsində cinayət işi qaldıra bilər.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, o, Honq-Konq və Dubaydakı ofşor şirkətlər zənciri vasitəsilə Moskva Kredit Bankından çıxarılan, sonradan Türkiyədə vəsaitlərin leqallaşdırılması ilə külli miqdarda– 600 milyon dollardan çox pulun yuyulmasında şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kozakın əsas şəriki Böyük Britaniya pasportuna sahib azərbaycanlı iş adamı Fuad Hüseynli olub. O, artıq 2023-cü ilin mart ayında Moskvanın Basmannı məhkəməsi tərəfindən başqa bir iş üzrə – Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl (təxminən 4 milyon 819 min manat) məbləğində vəsaitin mənimsənilməsinə görə məhkum edilib. Hüseynli öz günahını tam etiraf edib, banka dəymiş ziyanı ödəyib və nəticədə bir il yarım müddətinə azadlıqdan məhrum olunub. Bununla belə, Hüseynlinin hələ də Azərbaycandakı banklar qarşısında ödənilməmiş borcları qalır və o, respublikada axtarışdadır.
Taras Kozakın özü isə hazırda Ukraynada vətənə xəyanət ittihamı ilə axtarışdadır. Onun adı uzun müddətdir ki, kölgə maliyyə sxemləri və ofşor strukturlarla hallanır.
Qeyd edək ki, Fuad Hüseynlinin adı Azərbaycan Beynəlxalq Bankı işində hallanır. Belə ki, şahidlərin məhkəmədə verdiyi ifadəyə əsasən, Qazaxıstanda yaradılan şirkətdə Fuad Hüseynli və bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev şərik olublar.
Taras Kozak
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













