55 nəfərin zəhərləndiyi "Venesiya"nın mətbəxində XOŞAGƏLMƏZ MƏNZƏRƏ
"Venesiya" şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
Bu barədə Far.Az-ə AQTA-dan bildirilib.
Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, "Venesiya" şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Lüks görünüş, antisanitar mətbəx: Bakı restoranlarının qaranlıq üzü
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?
-
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb













