Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikanın BMT, UNESCO və ÜST-yə ayırdığı ianələri dayandırmağı təklif edir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ evin mayın 2-də dərc etdiyi ABŞ-nin 2026-cı maliyyə ili (ölkədə oktyabrın 1-dən başlayır) üçün federal büdcə layihəsində qeyd olunur.
Sənəddə deyilir ki, Tramp administrasiyası BMT və digər beynəlxalq təşkilatlara könüllü ianələri dayandırmaqla xərcləri 1,7 milyard dollar azaltmağı təklif edir. Söhbət BMT, UNESCO və ÜST-dən gedir.
Büdcə layihəsində vurğulanır ki, ABŞ Prezidenti öz mülahizəsinə uyğun olaraq bu təşkilatlara ianələr ayrılmasına göstəriş verə bilər. Bu məqsədlər üçün vəsaitin "strateji investisiyaların" həyata keçirilməsi üçün yaradılması irəli sürülən 2,9 milyard dollarlıq xüsusi fonddan ayrılması təklif edilir.
Bundan başqa, sənəddə ziyanlı sülhməramlı missiyaları, o cümlədən BMT xətti ilə olan missiyaları maliyyələşdirməkdən imtina edərək xərclərin 1,6 milyard dollar azaldılması da təklif edilir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













