Abşeronda müəllim borca görə özünü öldürdü
Far.Az xəbər saytı

Abşeronda müəllim borca görə özünü öldürdü


Abşeron rayonunda intihar hadisəsi baş verib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.

Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Attestasiyadan keçmiş müəllimlərin NƏZƏRİNƏ
Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər