Zavodda FACİƏ: ÖLƏN VAR
Far.Az xəbər saytı

Zavodda FACİƏ: ÖLƏN VAR


Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb.

Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər