Kabab üçün istifadə olunan şişlər tetanos riski yarada bilər — mütəxəssislər xəbərdarlıq edir
Rusiyalı mütəxəssislər şaşlıq mövsümündə xüsusilə diqqətli olmağı tövsiyə edir. Məlum olub ki, şaşlıq bişirərkən istifadə olunan metal şişlər, xüsusən də paslı olanlar, tetanos kimi təhlükəli infeksiyanın mənbəyi ola bilər.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətin Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı eksperti Mixail Lebedev bildirib ki, tetanos bakteriyası torpaqla təmasda olan kəsici alətlərlə yaranan kiçik cızıqlardan belə orqanizmə daxil ola bilər. Paslı metal isə riski daha da artırır. Dərin deşici yaralar və ya dəridə geniş zədələr bu patogenin inkişafı üçün əlverişli şərait yaradır.
Lebedev qeyd edib ki, yoluxma yalnız şişlərlə deyil, həmçinin bağ alətləri, kürəklər, paslı mismarlar və hətta yanıq zamanı da baş verə bilər. Xəstəliyin inkubasiya dövrü 2 gündən 40 günədək davam edə bilər. Bəzən bu müddət bir neçə saata və ya aya da çata bilər.
Həkimin sözlərinə görə, xəstəliyin ilkin əlamətləri arasında yara nahiyəsində dartıcı ağrılar, əzələlərdə qeyri-iradi spazmlar müşahidə oluna bilər. Tetanosun ilk ciddi əlaməti isə çeynəmə əzələlərinin spazmıdır - xəstə ağzını aça bilmir və sifətə sanki məcburi gülümsəmə ifadəsi verir. Daha sonra xəstədə bədənin qövs formasında əyilməsi və başın geriyə əyilməsi kimi ciddi əlamətlər ortaya çıxır.
Mütəxəssislər tövsiyə edir ki, şaşlıq zamanı istifadə olunan alətlər mütləq təmiz və paslanmamış olsun. Hər hansı bir cızıq və ya yara halında isə dərhal antiseptik tədbirlər görülməli və ehtiyac yaranarsa, tibbi yardıma müraciət edilməlidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













