"Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Far.Az xəbər saytı

"Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb


Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığı buraxılması ilə bağlı təqdimata baxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər

Məhkəmə "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib
Sahibləri Alatavadakı evin qiymətini açıqladılar
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər