Məhkəmə "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib
Far.Az xəbər saytı

Məhkəmə "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib


Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində olan həbs qətimkan tədbiri uzadılıb. 

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib. 

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. 

Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib. 

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

***13:29

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətində ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sahibləri Alatavadakı evin qiymətini açıqladılar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər