Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında "Gülbahar" əsərini ifa etdi
Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Far.Az xəbər verir ki, sənətçi və bəzi mədəniyyət işçiləri Amerika Dövlət Departamentinın 80 ildən çox təşkil etdiyi "İVLP İnternational Visitor Leadership" proqramı çərçivəsində Amerikaya yollanıb. Orada müğənni bir sıra rəsmi görüşlərdə, səsyazma studiyalarında, təhsil və mədəniyyət ocaqlarında iştirak edir, musiqi mütəxəssisləri ilə fikir mübadiləsilə aparır.
Xalq artisti Vaşınqtonda yerləşən ABŞ Dövlət Departamentinin "Mədəniyyət və müəllif hüquqları" şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədrisi barəsində söhbətlər aparılıb.
Zəngin proqram çərçivəsində Xalq artisti həmçinin də ABŞ -Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla da görüşüb. Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin "Qız məktəbində" şeiri əsasında yazılan "Gülbahar" əsərini səsləndirib. Diqqət çəkən məqamlardan biri məhz Ticarət Palatasının həyətində dahi şair Hüseyn Cavidin büstünün olması idi.
Daha sonra Xalq artisti dünyanın ən böyük kitabxanası olan "Konqres kitabxanası"nı ziyarət edib. Sözügedən məkanda Aşıq Əkbərin, böyük şair Zəlimxan Yaqubun və digər aşıq və musiqiçilərimizin səsyazmaları yer alıb.
Görüşlərdən sonra sənətçi həmyerlilərimizlə vaxt keçirib.
Xalq artisti təəssüratlarını bölüşüb: "İlk olaraq Azərbaycanda fəaliyyət göstərən Amerika Səfirliyinə təşəkkür edirəm. Onların bu təklifi mənə çox maraqlı gəldi. Peşəkar mütəxəssis olaraq "İVLP İnternational Visitor Leadership" proqramı sayəsində bir çox maraqlı görüşlərdə iştirak edirəm, yeni tanışıqlıqlar olur. Ən əsası bizim musiqimizin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha bütün dünyaya çatdırırıq".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













