Küçədə döyülərək öldürülən 18 yaşlı Elgünün qohumları: "Hərə bir söz danışır, amma..."
BAKU TV-nin çəkiliş qrupu küçədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun evinə yollanıb.
BAKU.WS xəbər verir ki, hazırda onun doğulub boya-başa çatdığı Gəncə şəhərində 3 mərasimi keçirilir.
Mərasimdə iştirak edən Elgünün yaxın qohumu Samirə Zeynalova onun nümunəvi və tərbiyəli şagird olduğunu qeyd edib.
Samirə bildirib ki, onlara qəfildən zəng gəlib və xəstəxanaya gediblər. Orada 18 yaşlı Elgünün vəhşicəsinə döyülərək qətlə yetirildiyini görüblər.
Qeyd edək ki, Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Onun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib.
Ona xəstəxanada qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Elgün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Küçədə döyülərək öldürülən 18 yaşlı Elgünün qohumları: ""Hərə bir söz danışır, amma..."
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













