"Oleq Bakinski" ona qarşı qaldırılmış mülki iddiaya etiraz edib
Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili Samir İsayev Valeriy Zaxarenkovun göndərdiyi sənədə əsasən barışıq olmadığını söyləyib.
O bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkəndən bu əmələ görə üzr istəməyib, peşmanlıqlarını bildirməyiblər. Vəkil maddi ziyandan əlavə dəymiş mənəvi ziyanla əlaqədar hər iki təqsirləndirilən şəxsdən birlikdə 50 min manat tələb edildiyini də əlavə edib. Söyləyib ki, V.Zaxarenkov iş adamı kimi qonaq gəldiyi müəssisədə hörmətsizliyə məruz qalıb.
Daha sonra Konstantin Kuçerin vəkili ibtidai istintaqda göstərilmiş vaxtlarda müəyyən pozuntular olduğunu deyib.
Dövlət ittihamçısı bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.
Prosesin davamında mülki iddia müzakirə edilib. Zərərçəkənin vəkili mülki iddianın hər iki hissəsinin - maddi və mənəvi tərəflərinin qəbul edilməsini xahiş edib.
K.Kuçerin vəkili Elşad Hacıyev təqsirləndirilənin mənimsəmə və ya dələduzluq niyyətinin olmadığını bildirib. O əlavə edib ki, K.Kuçerin şirkəti hər iki şirkətə qarşı müqavilədən irəli gələn öhdəlikləri yerinə gətirməyə çalışıb. O, əsas maneə kimi Konstantin Kuçerin iradəsindən asılı olmayan səbəbləri - "Günay Bank"ın və sərhədlərin bağlanmasını göstərib.
Oleq Krapivin mülki iddiaya etiraz edib. Konstantin Kuçer də öz növbəsində mülki iddianı qəbul etməyib.
Proses mayın 26-na qədər təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.
Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Oxşar xəbərlər
Oleq Bakinski barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yenidən vəsatət verilib
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Oleq Bakinski" ilə birgə ittiham olunan Ukraynanın sabiq nazir müavininin İspaniyaya ekstradisiyasına baxılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













