Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır
Far.Az xəbər saytı

Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır


Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün ABŞ və İran arasında aparılan danışıqları dəstəkləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın Bağdad sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

"Biz təsdiq edirik ki, beynəlxalq arenada artan gərginlik diplomatiyanın zəiflədiyini və münaqişələrin həllində güc tətbiqinin rolunun artdığını göstərir. Bu kontekstdə biz nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə müsbət nəticələrə nail olmaq, eləcə də uranın zənginləşdirilməsinin dinc ehtiyaclar üçün zəruri olan dəyərləri aşmamasını təmin etmək məqsədilə İran və ABŞ arasında aparılan danışıqlara dəstəyimizi ifadə edirik", - sənəddə bildirilir.

Ərəb öllələri liderləri Omanın ABŞ və İran arasında məsləhətləşmələrdə vasitəçilik rolunu xüsusi qeyd ediblər.

İraq paytaxtında keçirilən sammitin iştirakçıları da Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının zəruriliyini təsdiqləyiblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Suriyanın yeni hakimiyyəti ölkənin Ərəb Dövlətləri Liqasına qayıdacağına ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər