Sığınacaqdan çıxarılan qadın danışdı: "Natəmiz vəziyyətdə yaşayıram, gecələr də küçədə qalıram"
Far.Az xəbər saytı

Sığınacaqdan çıxarılan qadın danışdı: "Natəmiz vəziyyətdə yaşayıram, gecələr də küçədə qalıram"


Güləbətin Zəkiyevanın 55 yaşı var. Aprelin son günlərinədək sığınacaqda qalıb.

Dediyinə görə, qaldığı yerdən Hepatit C diaqnozuna görə qovulub. Daha sonra başqa bir klinikada qan analizi verib və məlum olub ki, heç də xəstə deyil.

"Heç kimim yoxdur, valideynlərim dünyasını dəyişib. Aprelin 27-dən küçədəyəm. Natəmiz vəziyyətdə yaşayıram, gecələr də küçədə qalıram. Kim nə qədər gücü çatırsa, yardım əlini uzadır", - deyə Güləbətin Zəkiyeva bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Güləbətin Zəkiyeva müəssisəyə 2021-ci ilin sentyabrında yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb:

"Vətəndaş 2024-cü ilin avqustunda öz ərizəsi ilə sığınacaqdan çıxıb. 2025-ci ilin yanvarında yenidən müəssisəyə qəbul edilib və ötən dövrdə burada dövlət qayğısı ilə əhatə olunub. Müəssisə sakinlərinin sağlamlıq vəziyyətlərinin diqqətdə saxlanılması məqsədilə mütəmadi aparılan müayinələr zamanı Güləbətin Zəkiyevanın Hepatit C nəticəsinin müsbət olduğu aşkarlanıb. Digər sakinlərin sağlamlığının qorunması məqsədilə və müəssisənin daxili qaydalarına əsasən vətəndaşın sığınacaqda qalma müddətinin məhdudlaşdırılmasına qərar verilib. Eləcə də onunla profilaktik söhbət aparılaraq müvafiq tibb müəssisəsinə müraciət etməsi tövsiyə edilib".

Qurumdan onu da qeyd ediblər ki, yaxın qohumları dəfələrlə Güləbətin Zəkiyevanı öz ata evinə aparmaq istəsələr də, bundan imtina edib.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər