Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib
Xəbər verildiyi kimi, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Far.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, avqustun 25-i axşam saat 23 radələrində Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.
Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Toyota Prius: Hibrid Avtomobillərin atası
Şəkidə maşın 37 yaşlı kişini vuraraq öldürüb
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













