Lənkərandakı partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib
Far.Az xəbər saytı

Lənkərandakı partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib


Lənkəranda marketdə baş verən partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib.  

Far.Az xəbər verir ki, bu barədə report-un cənub bürosuna Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Lənkəranda baş verən partlayış nəticəsində 1 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alanın bədəninin müxtəlif nahiyələrində bir və ikinci dərəcəli termiki yanıq olub. Həmin şəxs müalicəsinin davamı üçün Bakıdakı Yanıq Mərkəzinə göndərilib.

*** 13:10

Lənkəran rayonunda marketdə partlayış olub.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib.

Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər