Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin "Smerç" raketini atması nəticəsində yaralandım
Far.Az xəbər saytı

Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin "Smerç" raketini atması nəticəsində yaralandım


Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində "VAZ 21074" markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış "Smerç" raketi düşüb.

Far.Az report-a istinadən xəbər verir ki, o, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.

"Bərdəyə çox sayda hücum oldu. "Smerç"ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu", - deyə zərərçəkmiş şəxs bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər