Yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.
Far.Az-ə qurumdan bildirilib ki, son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir.
"Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.
Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur", - məlumatda deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edib:
- Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;
- Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;
- Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;
- Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.
"Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir", - DYP-dən vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













