Rusiya ilə Ukrayna arasında alınmayan repatriasiya, mindən çox hərbçinin meyiti sərhəddə qalıb
Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna mübadilə üçün siyahılar təqdim edib, Rusiya isə müqavilələrə uyğun gəlməyən siyahıları verib.
"Meyitlərin repatriasiyasına gəlincə, həqiqətən də razılıq əldə olunub. Lakin tarix razılaşdırılmayıb. Rusiya tərəfi razılaşdırılmış alqoritmi ardıcıl şəkildə həyata keçirmək əvəzinə, birgə proses çərçivəsində razılaşdırılmamış birtərəfli hərəkətlərə əl atıb", - Koordinasiya Qərargahı qeyd edib.
Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorin bildirib ki, İstanbul razılaşmalarına uyğun olaraq, Rusiya Ukrayna Silahlı Qüvvələrinin həlak olan hərbçilərinin cəsədlərinin birinci hissəsini mübadilə yerinə çatdırıb:
"Rusiya tərəfi 2 iyun tarixli İstanbul razılaşmalarına ciddi şəkildə uyğun olaraq, ölən ukraynalı hərbçilərin birinci hissəsini mübadilə məntəqəsinə çatdırıb, bu, 1 212 şəxsin meyitidir. İstanbulda razılaşdırılmış qrafikə uyğun olaraq biz bu tapşırığı yerinə yetirdik. Təəssüf ki, bu gün Ukrayna tərəfdən heç kim əlaqə saxlamayıb, aksiya baş tutmayıb".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













