UEFA Çempionlar Liqasının əsas mərhələsində istifadə olunacaq topları təqdim edib
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.
“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Adidas” şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir.
Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib.
Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir. Bu texnologiya bir sıra külək tunellərində və meydanlarda da ciddi şəkildə sınaqdan keçirilib, tamamilə yenilənib.
Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.08.2024)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.08.2024)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.08.2024)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2024)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb














