Küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb
Far.Az xəbər saytı

Küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb


Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Filarmoniya bağında qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:00 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.

Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Oxşar xəbərlər

"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: "Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur"
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər