Sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü həbs edildi
Far.Az xəbər saytı

Sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü həbs edildi


Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Günel adlı şəxs polisə müraciət edərək qəsəbədə rəfiqəsi ilə birgə mindiyi "Mercedes" markalı avtomobilin sürücüsünün yolda ona qeyri-etik təkliflər etdiyini bildirib.

Aparılan araşdırmalarla taksi sürücüsünün Binə qəsəbəsində yaşayan Lerik sakini Füzuli Kazımov (şərti ad) olduğu müəyyən edilib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsinə göndərilən 58 yaşlı taksi sürücüsü gələcəkdə taksiyə ehtiyacı olarsa, əlaqə saxlaması üçün xanım sərnişinə yolda nömrəsini verdiyini və yol boyu onların razılığı və iştirakı ilə yüngül əxlaqlı söhbətlər etdiklərini deyib.

Məhkəmənin qərarı ilə Füzuli Kazımova 4 sutkalıq inzibati həbs verilib və saxlanma yerinə göndərilib.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər