Tovuzda kütləvi zəhərlənmə
Far.Az xəbər saytı

Tovuzda kütləvi zəhərlənmə


Tovuzda kütləvi zəhərlənmə olub.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlar 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Mehriban Əliyevanın doğum günüdür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər