Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
Uşaqlar arasında parvovirus yayılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur.
İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib. O bildirib ki, uşağın üzü qızarıb və az-az qarın nahiyəsindən başlayaraq belinə qədər səpgilər əmələ gəlib, daha sonra isə hərarəti yüksəlib:
"Birinci allergiyadan olduğunu düşündük, lakin sonra uşağın üz-gözü şişdi. Müayinə zamanı "5-ci xəstəlik" adlandırılan parvovirusa yoluxma diaqnozu qoyuldu".
Məsələ ilə bağlı sualları cavablandıran infeksionist Mərdan Əliyev qeyd edib ki, parvovirus, kəskin respirator viruslarda olduğu kimi, hava-damcı, yəni tənəffüs yolu ilə insandan-insana yoluxur:
"Özünü qızdırma, yanaq nahiyəsində qızartı, şişkinliklə büruzə verir. Adətən, qızdırma 37-37.5 dərəcəyə qədər yüksəlir. Yüngül gedişli xəstəlikdir. Xroniki xəstəliyi olan şəxslər, əsasən, risk qrupuna daxildir. Eyni zamanda, hamilə qadınlar və yaşlı xəstələrdə ağırlaşmalar müşahidə oluna bilər. Beş yaşına qədər uşaqlarda isə hərarət kifayət qədər yüksələ bilir".
İnfeksionistin sözlərinə görə, xəstəlik uşaqdan böyüyə keçə bilər:
"Böyüklərdə, həmçinin sağlam şəxslərdə, immuniteti yüksək olanlarda simptomsuz müşahidə edilir. Spesifik müalicəsi yoxdur. Simptomatik müalicə aparılır. Bu virusa yoluxan şəxs, adətən, bir həftəyə sağalır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünyada sürətlə yayılan bu virusa kimlər yoluxa bilər? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













