Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə "Gənclik Mall" ticarət mərkəzində "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata əsasən, təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində kollektivə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar "Həyəcan" siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib", "yanğın qısa müddətdə söndürülüb".
Qalereya
Oxşar xəbərlər
“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO
FHN Şamaxıda mehmanxanada təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













