Hansı tarixdən çimərliklərə üz tutmaq olar?
Yay fəslinin ən qaynar günləri yaxınlaşdıqca insanlar istirahət üçün çimərliklərə üz tutur. Bəs hazırda dəniz suyunun temperaturu çimmək üçün əlverişlidirmi? Çimərliklərdə hava necə olacaq, təhlükə varmı?
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın BAKU.WS-ə verdiyi məlumata görə, hazırda Abşeron çimərliklərində suyun temperaturu qənaətbəxşdir.
Onun sözlərinə görə, şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 22-23 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 23-24 dərəcə istilik təşkil edir. Günorta saatlarında bu göstərici 1-2 dərəcə yüksələ bilər.
Çimərlik havasına gəlincə, G. Məmmədova bildirib ki, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında əsasən şimal-qərb küləkləri üstünlük təşkil edəcək. Küləyin arabir güclənməsi ehtimalı var.
Mütəxəssislər çimərliklərə daha çox günorta saatlarından sonra - küləyin nisbətən səngidiyi və suyun isindiyi vaxtlarda getməyi tövsiyə edirlər. Günvurma riski nəzərə alınaraq 12:00-15:00 arası uzun müddət günəş altında qalmaq məsləhət görülmür.
Yekun olaraq qeyd edək ki, hazırkı hava şəraiti və dəniz suyu temperaturu çimmək üçün münasib hesab olunsa da, küləkli havalarda ehtiyatlı olmaq, xüsusilə uşaqları nəzarətsiz buraxmamaq tövsiyə olunur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













