Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
Far.Az xəbər saytı

Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"


Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır.

Far.Az xəbər verir ki, bu barədə report-a müsahibəsində IATA-nın Avropadakı regional vitse-prezidenti Rafael Şvartsman bildirib.

Vitse-prezidentin sözlərinə görə, Aviasiya sahəsində çox yaxşı potensiala malik olan Azərbaycan həm də müəyyən çağırışlarla üz-üzədir.

"Bunlardan ən vacibi hava limanlarının buraxılış qabiliyyətidir. Heydər Əliyev hava limanının tezliklə tam rejimdə fəaliyyətə başlayacağı gözlənilir. Hazırda onun inkişafı ilə bağlı master-plan hazırlanır ki, bu da mövcud obyektlərin beynəlxalq standartlara uyğun olaraq səmərəli şəkildə genişləndirilməsi və modernləşdirilməsi proqramının qəbul edilməsi ilə nəticələnməlidir. Hava hərəkətinin idarə edilməsi sistemi də modernləşdirilməlidir", - R.Şvartsman bildirib.

Digər tərəfdən, onun sözlərinə görə, böyük imkanlar da mövcuddur.

"İlk növbədə, bu, Azərbaycanın Avropanı və Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyidir. Bu, ölkəni, xüsusilə yük daşımaları üçün əsas tranzit qovşağına çevirir. Bu rol bu yaxınlarda 1,5 milyon ton buraxılış qabiliyyətinə malik yük terminalının tikintisi ilə təsdiqlənir. Həmçinin "Silk Way" qrupu Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisinə investisiya yatırdığını elan edib", - R. Şvartsman əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Laçın Beynəlxalq Aeroportunun açılış mərasimi keçirilib
Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər