Sibel Can hava limanında gənc sevgilisi ilə görüntüləndi
Far.Az xəbər saytı

Sibel Can hava limanında gənc sevgilisi ilə görüntüləndi


Müğənni Sibel Can uzun müddətdən sonra sevgilisi ilə görüntülənib. 

Far.Az xəbər verir ki, sənətçi sevgilisi Emir Sarıgüllə hava limanında görüntülənib. Cütlük Fransadan istirahətdən qayıdarkən kameralara tuş gəlib. 

Sibel Can tanınmasın deyə böyük ağ şlyapadan istifadə edib.

Bir müddət əvvəl sənətçinin siyasətçi Emir Sarıgüllə evləndiyi iddiası gündəmə bomba kimi düşüb. Lakin yayılan bu məlumatın həqiqəti əks etdirmədiyi daha sonra ortaya çıxıb. 55 yaşlı sənətçi haqqında evlilik xəbərləri yayıldığı vaxtda konsert proqramı üçün səhnəyə çıxmağa hazırlaşırmış.

Qeyd edək ki, Sibel Can 1988-1999-cu illərdə aktyor Hakan Ural ilə evli olub. Bu evlilikdən onun Engincan və Melisa adlı iki övladı dünyaya gəlib. Daha sonra, 2000-ci ildə podratçı Sulhi Aksüt ilə ailə qurub və bu münasibətdən Emir adlı bir oğlu dünyaya gəlib. Lakin cütlük qısa müddət sonra yollarını ayırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sənətini ailə həyatına qurban verən AZƏRBAYCANLI MƏŞHURLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər