"Azercell CUP 2025" proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı.
"Azercell Telekom" MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Azercell CUP 2025" proqramlaşdırma müsabiqəsinin finalı keçirilib.
Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraq Azərbaycan Texniki Universitetində keçirilən son etapda öz bilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçiriblər.
Yekunda Bakı, Quba, Gəncə, Balakən, Şəki, Sumqayıt və Göyçaydan olan 28 məktəbli qalib elan olunub. Müsabiqənin qalibləri cari ilin oktyabr ayından etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramına qoşulacaq.
2017-ci ildən başlayaraq informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq təşəbbüsünə dəstək verən Azercell, artıq dördüncü ildir ki, "Azercell CUP" yarışmasını təşkil edir. Bu müsabiqə gənc nəslin informatika, proqramlaşdırma və kompüter elmlərinə marağını təşviq etməklə yanaşı, onların bu istiqamətlərdə bacarıqlarının inkişafına töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













