Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı görüş zamanı Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
"Report" xəbər verir ki, bu barədə Çinin "Sinxua" dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, liderlər həmçinin Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.
ABŞ Prezidentinin sözlərinə görə, onun Ağ Evdə Si ilə görüşü yaxşı keçib.
"Bizim yaxşı görüşümüz oldu və o (Si Cinpin - red.), qranitə böyük maraq göstərdi. Onun qranitdən xoşu gəlir. O, daş üzrə mütəxəssisdir. O, keyfiyyətli qraniti çox sevir. Çox sağ olun", - Tramp bildirib.
O həmçinin bildirib ki, Si Cinpinlə aralarında dostluq münasibətləri yaranıb.
"Əslində, qarşılıqlı hörmətə və xalqlarımızın həyati maraqlarına əsaslanan, həqiqətən də, möhtəşəm münasibətlərdir", - Tramp qeyd edib.
Bununla belə, "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən yazdığına görə, Tramp administrasiyası Pekinin nüvə sınaqlarına qoyulan 30 illik qadağaya əməl etməsinə dair şübhələr fonunda onun sürətlə genişlənən nüvə arsenalı ilə bağlı Çinlə gizli şəkildə danışıqlar aparıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













