SOCAR: Rəqəmsal transformasiya üçün daxili proseslər uyğunlaşdırılmalıdır
Rəqəmsal transformasiya üçün ilk növbədə daxili proseslər uyğunlaşdırılmalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Əməliyyat Satınalması və Təchizat departamentinin rəis müavini Elçin Musayev Bakıda "Rəqəmsal Transformasiya prosesi ilə sektorlar üzrə çağırışlar, trendlər və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi üçün əvvəlcə şirkət daxilində proseslər rəqəmsal məhsulları dəstəkləyəcək şəkildə qurulmalıdır.
"Əgər bizim proseslərimiz, prosedurlarımız və siyasətlərimiz rəqəmsal məhsulları dəstəkləmirsə, istənilən transformasiya prosesinin gələcəyi sual altında qalacaq. Buna görə ilk növbədə prosedurlara, ümumi mühitə və həmin mühitdə çalışan, rəqəmsal məhsulları birbaşa tətbiq edən əməkdaşların düşüncə tərzinə fokuslanmağı tövsiyə edirəm," – deyə o vurğulayıb.
E. Musayev əlavə edib ki, rəqəmsal transformasiyanın digər vacib şərtlərindən biri fasiləsiz təlimdir: "Biz əməkdaşlarımızı, o cümlədən rəhbər heyəti davamlı inkişaf etdirməliyik. Əgər təşkilat daxilində bilik paylaşımı proqramları üzərində işləməsək, əməkdaşlarımızı sənayenin və texnologiyanın inkişaf templərinə uyğun şəkildə təkmilləşdirməsək, gələcəkdə heç bir uğura nail ola bilməyəcəyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













