Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib


Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə ölkənin “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib.

İqtisadiyyat Nazirliyindən “Far.Az”a verilən məlumata görə, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundovla ADB-nin Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq arasında aparılıb.

Görüşdə Azərbaycanın bank ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, bankın ölkədə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.

Tərəflər bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə bankın potensial dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər