Rəcəb Tayyib Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Far.Az xəbər saytı

Rəcəb Tayyib Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib


Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranmışdı.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci "Məsləhətləşmə və Dəyərləndirmə" toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə bölücü terror təşkilatı ilk hücumunu həyata keçirib:

"Həmin tarixdən etibarən bölücü terror təşkilatı 10 minə yaxın təhlükəsizlik əməkdaşımızı şəhid etdi, 50 minə yaxın insanımız həyatını itirdi və biz bu tarixi və olanları unutmayacağıq. Şəhidlərimiz həmişə baş tacımız olacaq. 1984-cü ildən sonra terror təşkilatı daha da irəli getdi və torpaqlarımızda onun kökü kəsilmədi. Burada, əlbəttə, bizim də müəyyən səhvlərimiz oldu. Bir gecədə insanlar köçə məcbur edildi. Səhv addımlarla terror təşkilatına istismaredici bir zəmin yaradıldı. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yarandı. İqtisadiyyatda iki trilyon dollarlıq bir ziyan müşahidə edildi".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər