İlin sonuna Xocavəndin kəndlərində 1 552 ev təmir olunaraq ailələrə veriləcək
Far.Az xəbər saytı

İlin sonuna Xocavəndin kəndlərində 1 552 ev təmir olunaraq ailələrə veriləcək


Bu ilin sonuna qədər Xocavənd rayonunun digər kəndlərində 1 552 evin təmir olunaraq keçmiş məcburi köçkün ailələrinə verilməsi planlaşdırılır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə Xocavənd rayonu və bəzi kəndlərdə aparılan işlər barədə danışarkən qeyd edib ki, hazırda kəndlərin bərpası, təmiri və yenidən tikintisi işləri davam edir:

"O cümlədən Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya və yol işləri icra olunur. Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi, Tuğ kəndində isə yaşayış evlərinin bərpası üzrə layihələrə start veriləcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər