Xaricdə "Abu Malik" kod adı ilə vətəndaşlarımızı tutduran şəxsi DTX həbs edib
Far.Az xəbər saytı

Xaricdə "Abu Malik" kod adı ilə vətəndaşlarımızı tutduran şəxsi DTX həbs edib


Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən "Abu Malik" təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.

Far.Az xəbər verir ki, bu barədə 18 iyul 2025-ci ildə keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə "Abu Malik" təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub.

Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.

Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.

Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər