Sevgilisini yatdığı yerdə bıçaqlayan 18 yaşlı Səbinəyə HÖKM OXUNDU
Far.Az xəbər saytı

Sevgilisini yatdığı yerdə bıçaqlayan 18 yaşlı Səbinəyə HÖKM OXUNDU


Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 11 il 3 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Səbinə Vəliyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 23-də Bakının Suraxanı rayonunda baş verib.

Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayə götürərək qeyri-rəsmi yaşayıblar.

Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Onunla birlikdə olan Fərid Hüseynzadəyə yatmış vəziyyətdə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib. S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda tanışını bıçaqlayan gəncə 11 il həbs cəzası verilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər