DİN: Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi başlanılıb
Far.Az xəbər saytı

DİN: Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi başlanılıb


Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada kəsilən ağaclarla bağlı məlumat yayıb. 

Qurumdan Far.Az-ə bildirilib ki, ağacların kəsilməsi faktına görə cinayət işi başlanılıb:

"Zaqatala rayonunda ağacların kəsilməsi faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

*** 13:34

Zaqatalada ağaclar kəsilir.

Bu barədə Far.Az-in "qaynar xətti"nə şikayətlə sakinlərdən biri məlumat verib. 

Onun sözlərinə görə, hadisə "PMK-20" adlı ərazidə baş verib. 

"Sakinlər nə qədər şikayət etsə də məhəl qoyan yoxdur", - deyə şikayətçi vurğulayıb. 

Problem aidiyyəti üzrə yönləndirilib, məlumat veriləcəyi təqdirdə xəbər yeniləcək. 

Hadisə yerindən kadrları təqdim edirik:

Oxşar xəbərlər

Zaqatalada ağaclara qarşı "qətliam"
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Dərnəgül" elektrik deposunda 1000-ə yaxın ağac əkiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər