Tatlısesin qızının polisin üzərinə maşın sürdüyü görüntülər yayıldı
Far.Az xəbər saytı

Tatlısesin qızının polisin üzərinə maşın sürdüyü görüntülər yayıldı


Müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtakın maşınını polisin üzərinə sürdüyü görüntülər yayılıb. 

Far.Az xəbər verir ki, videoda Dilanın polisin "saxla" əmrinə tabe olmayaraq onun üzərinə sürdüyü kadrlar əks olunub. 

Hadisə Bodrumda Dilan istirahətdən qayıdarkən yaşanıb.

O yol hərəkətİ qaydalarını pozub. Bu zaman polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib. Sənətçi qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra  havaya atəş açılıb. O maşını saxlamaq məcburiyyətində qalıb. 

Avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə bölməyə aparılıb. O ağlayaraq polisin üzərinə maşın sürmədiyini bildirib. 

Oxşar xəbərlər

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bakıda "saxla" əmrinə tabe olmayan sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər