Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər
Far.Az xəbər saytı

Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər


Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb.

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları Azercell-in dəstəyi ilə müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər.

Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.

Əldə olunan nailiyyətlər sırasında beynəlxalq yarışlarda qazanılan uğurlar xüsusi önəm daşıyır. Aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.

May ayında Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.

Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Misir və Bəhreyndə keçirilən beynəlxalq turnirlərdə 3 bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə Aslan Ərcan Xorvatiyada təşkil olunan Parakarate üzrə Gənclər Kubokunda qazanıb.

Parataekvondo idmançılarımız da beynəlxalq arenada uğurla çıxış ediblər. Türkiyə və Çində baş tutan yarışlarda Sabir Zeynalov və Orxan Cəfərov bürünc, paralimpiya çempionu İmaməddin Xəlilov isə gümüş medal qazanıb. Qeyd edək ki, İmaməddin Xəlilovun idman karyerası barədə "Euronews" kanalı xüsusi reportaj hazırlayıb: 

2025-ci ilin ilk yarısında paralimpiya hərəkatına yeni üzvlər də qoşulub. Vətən müharibəsi qazisi Polad Rzayev dağ xizəyi üzrə İtaliya və Fransada təşkil olunan təsnifat yarışlarında iştirak edərək Beynəlxalq Xizək və Snoubord Federasiyasının reytinq siyahısına daxil edilib.

Azercell Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində paralimpiya idman nailiyyətlərinin artırılması ilə yanaşı, həm də cəmiyyətdə inklüzivliyin və bərabər imkanların təşviqinə töhfə verir.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Mehriban Əliyevanın doğum günüdür
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 45 yaşı tamam olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər