Vətəndaşlara özünü "vəzifəli şəxs" kimi təqdim edərək sosial yardım vəd edən şəxsə hökm oxundu
Far.Az xəbər saytı

Vətəndaşlara özünü "vəzifəli şəxs" kimi təqdim edərək sosial yardım vəd edən şəxsə hökm oxundu


Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımlarla bağlı işçi qrupunun rəhbəri kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Far.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan İntiqam adlı şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İş materiallarından aydın olub ki, təqsirləndirilən şəxs "TikTok" platformasında "sosial yardım üzrə yoxlama" səhifəsi yaradaraq bu məsələ ilə bağlı vətəndaşlara kömək edəcəyi barədə yalan təbliğat aparıb. Bununla o, bir neçə nəfərin diqqətini cəlb edə bilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər