Bu gün Xalq artisti Rasim Balayevin 77 yaşı tamam olur
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Görkəmli aktyorun 77 yaşı tamam olur.
Rasim Əhməd oğlu Balayev 1948-ci ilin bu günü, yəni avqustun 8-də də Ağsu rayonunda doğulub.
1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.
Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb."Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb.
"Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.Mənfi obrazları belə çox məharətlə oynamış, Səlim bəy "Qanlı zəmi" filminə görə Azərbaycan SSRİ Dövlət mükafatı alıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.Rasim Balayev 1982-ci ildən Azərbaycanın xalq artisti, 1998-ci ildən "Şöhrət" ordeni laureatı, 2018-ci ildən "Şərəf" ordeni laureatı və Prezident təqaüdçüsüdür.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













