Cəlilabadda çaqqal hücumuna məruz qalan 3 nəfərin SON VƏZİYYƏTİ
Far.Az xəbər saytı

Cəlilabadda çaqqal hücumuna məruz qalan 3 nəfərin SON VƏZİYYƏTİ


Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Far.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

"Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

***12:55

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qubada sahibsiz it yeddi yaşlı uşağa hücum etdi - Köməyə gələnlər xəstəxanalıq oldular
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Binədəki yanğında xəsarət alanların vəziyyəti ağırdır - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər