Dostunu işə düzəltmək adı ilə aldatdı, altı min manat aldı
Bakı sakini dostunu işə düzəltmək adı ilə aldadıb ona qarşı dələduzluq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini Valeh Məmmədov (soyadı şərtidir) xalası oğlu Coşqunun əsgər yoldaşı Ağasəlim Ağayevlə (soyadı şərtidir) dostlaşaraq onu mühafizə işinə düzəltməyi söz verib. Bundan sonra Valeh tez-tez Ağasəlimlə görüşüb, iş barəsində danışıqlar aparıb.
Bir neçə gün sonra isə Valeh Ağasəlimə zəng vuraraq ondan işə düzəlmək üçün 6 min manat rüşvət tələb edib. Ağasəlim də işin düzəldiyini zənn edib Valehə 6 min manat göndərib. Bir müddət sonra dostunu inandırmaq istəyən Valeh ona zəng vuraraq işin düzəldiyini bildirib. O, Ağasəlimdən təcili Bakıya gəlməyi istəyib. Bildirib ki, guya o, Bakıda imtahandan keçməlidir.
Dostuna inanan Ağasəlim Bakıya gələrək mənzil kirayələyib və Valehdən işlə bağlı cavab gözləyib. Amma aylarla gözləsə də, Valehdən cavab çıxmayıb.
Bundan sonra Ağasəlim məsələ ilə bağlı polisə müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Valeh Məmmədov 3 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













