Əntiq bıçaq, silah, bahalı saat və Madonnanın paltarından kolleksiya toplayan MƏŞHURLAR - SİYAHI
Bir çox insanın hobbisi arasında maraqlı kolleksiya yığmaq da yer alır. Bəzən sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər də kolleksiya yığırlar. Bunlar əsasən tanınmış dünya ulduzlarıdır.
Far.Az xəbər verir ki, Nikolas Keyc, Bred Pitt, Ancelina Coli kimi məşhurlar müxtəlif kolleskiyalar toplayırlar. Bəs görəsən başqa hansı məşhurlar kolleskiya toplayır?
Aktyor Leonardo DiKaprionun komikslər, film bukletləri və qədim oyuncaqlar kolleksiyası var.
Aktyor Nikolas Keycin komikslərə böyük həvəsi var. Xüsusilə "Superman" və digər DC komiksləri toplayır. Hətta oğlunun adını Kal-El ("Superman"ın əsl adı) qoyub.
Aktrisa Ancelina Colinin əntiq bıçaqlar və silahlar kolleksiyası var. Onun bu sahəyə marağı böyükdür.
Aktyor Bred Pitt qədim mebel və sənət əsərləri toplamaqdan zövq alır.
Aparıcı, komediyaçı və yazıçı Cey Lenonun dünyanın ən böyük və nadir avtomobil kolleksiyalarından birinə sahibdir. Onun kolleksiyasında 180-dən çox avtomobil və 160 motosiklet var.
Müğənni Ledi Qaqa Devid Boui və Madonna kimi ikonaların səhnə geyimləri və musiqi ilə bağlı əşyalarını toplayır.
Con Meyer lüks saat kolleksiyası ilə məşhurdur və bu sahədə ciddi ekspert kimi tanınır.
Tom Bredinin bahalı saatlara marağı var, xüsusilə "Rolex" və "TAG Heuer" markalarına üstünlük verir.
Milyarder İlon Maskın klassik video oyun konsolları və oyun kolleksiyası var.
Aktyor Tom Hanks klassik yazı maşınları (typewriter) toplayır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













