Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Far.Az xəbər saytı

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir


Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan "SİMA İmza"-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri "SİMA İmza" tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.

Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər