"Cahan Şirkətlər Qrupu"nun təşəbbüsü ilə şəhid ailələrinin azad edilmiş ərazilərə səfəri olub
"Cahan Şirkətlər Qrupu"nun və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan şəhid ailələrinin 63 üzvü Şuşaya səfər edib.
Avqustun 13-14-də təşkil olunan səfərin əsas məqsədi, Azərbaycanın işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və yaxınlarına Şuşa və digər azad edilmiş torpaqlarımızı tanıtmaq olub.
Səfər çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib. Ardınca tədbir iştirakçıları Bakıya yola düşüb, hava limanında xoş qarşılanmadan sonra Şuşa səfərinə davam ediblər.
Səfərin ilk günü, avqustun 13-də Şuşa şəhərinin "Qarabağ" hotelində qalan şəhid ailələri Şuşa qalasını ziyarət ediblər. Axşam yeməyindən sonra uşaqlar üçün rəsm məşğələsi təşkil olunub, çəkdikləri əsərlər hotelin foyesində sərgilənib və onlara maraqlı, şəkilli kitablar hədiyyə edilib.
Səfərin ikinci günündə iştirakçılar İsa bulağına səfər edib, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və Gövhər Ağa məscidini ziyarət edib, icra hakimiyyətində görüş keçiriblər. Nahardan sonra Bakı şəhərinə yola düşüblər.
Səfər zamanı görüşdə şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları dinlənilib. Bu təşəbbüs, şəhid ailələrinin mənəvi dəstəyə olan ehtiyaclarının qarşılanması və dövlətin onlara göstərdiyi diqqətin bir daha nümayişi kimi qiymətləndirilib.
"Cahan Şirkətlər Qrupu" və Naxçıvan Şəhid Ailələri İctimai Birliyi bu səfərin təşkilində göstərdikləri dəstəyə görə Prezidentin səlahiyyətli nümayəndəliyinə təşəkkürlərini bildirir. Bu ziyarət həm vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi, həm də onların ailələri üçün unudulmaz və mənəvi baxımdan dəyərli bir xatirə kimi yadda qalacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
"44" bədii filminin növbəti tizeri yayımlanıb













