BDYPİ-dən xəbərdarlıq: "Ötmə və manevretmə qaydalarının pozulması sizi faciəyə aparır"
"Yollarda təhlükəsizliyin təmin olunması hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət daşıyır".
Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib.
Bildirilib ki, son zamanlar bəzi sürücülərin bu qaydaları pozması səbəbindən ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunur.
Qeyd edilib ki, ötmə və manevretmə qaydalarının pozulması ağır nəticələrə səbəb olur:
- Qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə saniyə ərzində toqquşmaya səbəb ola bilər. Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükə altına qoyur.
- Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə artırır.
- Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin qarşısında və ya onların arxasında edilən riskli ötmələr yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer alır.
Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə və insan ölümü ilə yadda qalır. Bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla bərabər günahsız insanların da həyatına son qoya bilər.
"Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı aparın.
Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında məsuliyyətli olun.
Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün nəzərdə tutulub", - Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













