Şabranda qadın ərinə yuxu dərmanı verdiyi üçün döyüldü
Şabranda ərinə yuxu dərmanı verən qadın döyülüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Əli Mərdanov (soyadı şərtidir) həmkəndlisi Aytacı evlənmək məqsədilə qaçırıb, toy edib. Toy məclisində Əlinin ailə üzvləri və qardaşı Aytaca qızıl-zinət əşyaları hədiyyə ediblər.
Bir müddət sonra Əli Aytacın telefonunda bacısı ilə yazışmasını görüb. Aytac bacısına yazıb ki, gecə Əliyə yuxu dərmanı verib yatızdırır, Əlinin ondan xəbəri olmur. Mesajları oxuyan Əli bu barədə Aytaca desə də, Aytac etdiklərini boynuna almayıb və arada mübahisə yaranıb.
Bir neçə gündən sonra Aytacın bacısı Əli ilə Aytacın şəklini paylaşıb və bu məsələ də ailədə mübahisə yaradıb.
Hadisədən bir neçə gün sonra Əlinin anası Aytacdan qızıllarını istəyib və həmin qızılları lombarda verib əvəzində pul götürəcəklərini deyib. Aytac isə buna etiraz edib.
Məsələ ilə bağlı anası Əliyə məlumat verib və Əli Aytacdan qızılları istəyib. Aytac bu dəfə də qızılları verməkdən imtina edib və cütlük arasında dava düşüb. Dava zamanı Əli Aytacı şillə və təpik zərbələri ilə döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Şabran Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub. Məhkəmə buna görə cinayət işinə xitam verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













