Sərnişin tələbatı nəzərə alınaraq Zaqatala istiqamətində reyslərin sayı artırıldı
"BakuBus" MMC əhatə dairəsini genişləndirərək artıq şəhərlərarası istiqamətlərdə də sərnişinlərə keyfiyyətli və rahat ictimai nəqliyyat xidməti təqdim edir. Bakı–Zaqatala–Bakı istiqamətinə ilk reys ötən ilin dekabr ayında istifadəyə verilib və bu xidmət sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərnişinlərin rahatlığının təmin olunması və artan tələbatın qarşılanması məqsədilə Bakı–Zaqatala–Bakı istiqamətində reyslərin sayı artırılıb. Yenilənmiş qrafik sərnişinlər üçün daha əlverişli seçim imkanı yaradır və gediş-gəlişin daha rahat şəkildə təşkil olunmasına xidmət edir.
Bakıdan Zaqatala istiqamətində reyslər saat 11:00, 13:30 və 14:30-da, Zaqataladan Bakı istiqamətində isə 09:40, 12:00 və 13:30-da həyata keçirilir. Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin planlaşdırılmasına şərait yaradır.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
"44" bədii filminin növbəti tizeri yayımlanıb













